İran çempionatında XXII tura start verilib.
Fanat.Az xəbər verir ki, "Traktor Sazi" "Səhənd" stadionunda "Padideh"i qəbul edib.
Oyun Təbriz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 22-ci dəqiqədə Entoni Stouksun vurduğu qol matçda yeganə olub.
Bu qələbədən sonra xallarını sayını 43-ə çatdıran "Traktorsazi" bir oyun artıq keçirdiyi "Persepolis"i qabaqlayaraq birinci pilləyə yüksəlib. "Persepolis" sabah "Sepidrud"un qonağı olacaq.
Fanat.Az