Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında "Atletiko"ya 3 qol vuran "Yuventus"un futbolçusu Kriştiano Ronaldonun oyundan 5 gün əvvəl Patrik Evraya yazdıı "WhatsApp" mesajı yayımlanıb.
Fanat.Az xəbər verir ki, mesajı Evra yayımlayıb. Fransalı veteran futbolçu "WhatsApp"da Ronaldoya "Qardaşım, Çempionlar Liqasına dönməyini səbirsizliklə gözləyirəm. səndən heç vaxt şübhələnməmişəm. "Yuventus"un yeniləcəyini deyən insanlar məni öldürür" yazıb.
Ronaldonun ona cavabı isə belə olub: "Bilirəm. Turu biz keçəcəyik, qardaşım. Evimizdə onları əzəcəyik".
Qeyd edək ki, ilk oyunda "Atletiko"ya 0:2 hesabı ilə yenilən "Yuventus" cavab matçında 3 cavabsız qolla qalib gələrək 1/4 finala çıxıb. Hər 3 qola Ronaldo imza atıb.
Fanat.Az