Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, "Sevilya" turnirlə vidalaşıb. İspanlar "Slaviya" ilə olduğu kimi səfər matçının da əlavə vaxtını 2:2 hesablı heç-heçəylə başa vurublar. Bu səbəbdən qalib əlavə vaxtda müəyyənləşib. Əlavə 30 dəqiqə başlayan kimi "Sevilya" hesabı açsa da, Çexiya klubu 2 qol vuraraq 4:3 hesablı qələbə qazanıb və mərhələ adlayıb.
Qeyd edək ki, "Sevilya" turnirin ən titullu komandasıdı.
Fanat.Az