"Portu"nun "Real"a satdığı Eder Militaodan qazandığı məbləğ müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Zinəddin Zidanın komandaya dönüşündən sonra reallaşan transferə görə "Kral Klubu" portuqaliyalılara 50 milyon avro ödəyəcək.
"Portu" braziliyalı mərkəz müdafiəçisini ötən ilin iyulunda Braziliyanın "San Paulo" klubundan 4 milyon avroya almışdı. Portuqaliya təmsilçisi cəmi 8 ayda 21 yaşlı futbolçudan 46 milyon avro qazanıb.
Qeyd edək ki, Militao bu mövsüm "Portu"da keçirdiyi 34 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Fanat.Az