FIFA Şurası klublararası dünya çempionatının formatında dəyişiklik edib.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun prezidenti Canni İnfantino məlumat verib. Prezident bildirib ki, klublararası dünya çempionatı Konfederasiyalar Kubokunu əvəzləyəcək.
Yeni formata əsasən, çempionat 4 ildən bir keçiriləcək və ilk dəfə 2021-ci ilin yayında təşkil olunacaq. 24 klubun mübarizə aparacağı yarışa Avropadan 8, Cənubi Amerikadan 6, Asiya, Afrika, KONKAKAF zonasının hərəsindən 3, Okeaniyadan 1 komanda qatılacaq.
Qeyd edək ki, klublararası dünya çempionatı ilk dəfə 2000-ci ildə keçirilib. 2005-ci ildən isə yarış ənənəvi xarakter alıb.
Fanat.Az