İtaliya A Seriyasında XXVIII turun oyunları davam edir.
Fanat.Az çempionatın lideri "Yuventus" bu tur gözlənilmədən məğlub olub. Səfərdə "Cenoa"nın qonağı olan Turin klubu 0:2 hesabı ilə uduzub.
Komandanın baş məşqçisi Massimiliano Alleqri Kriştiano Ronaldoya istirahət verdiyindən portuqaliyalı superulduzun adı "Cenoa" ilə matçın iştirak ərizəsinə salınmayıb.
Bu, Turin klubunun cari mövsümdə ilk yenilgisi olub. Sözügedən oyuna qədər "qoca sinyora” sonuncu dəfə ötən ilin aprel ayında "Napoli”yə məğlub olmuşdu.
Qeyd edək ki, hazırda 75 xalla turnir cədvəlinə başçılıq edən "qoca sinyora" ən yaxın izləyicisi "Napoli"ni 18 xal qabaqlayır. Neapollular liderdən 1 oyun az keçiriblər. "Cenoa" isə 33 xalla 12-ci sırada qərarlaşıb.
Fanat.Az