Türkiyə Super Liqasında XXVI turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, lider "Başakşəhər" bu tur səfərdə "Kayserispor"un qonağı olub. Abdullah Avcının komandası çempionluq yolunda vacib xallar itirib. Oyunda hesabı meydan sahibləri açıblar. Qonaqlar 90+7-ci dəqiqədə Emanuel Adebayorun penaltidən vurduğu qolla məğlubiyyətdən qaça bilib..
Qeyd edək ki, heç-heçədən sonra xallarının sayını 58-ə yüksəldən "Başakşəhər" liderliyini davam etdirir.
Fanat.Az