Türkiyə Supep Liqasında XXVI turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, turun son oyununda "Qalatasaray" "Bursaspor"un qonağı olub.
15-ci dəqiqələrdə Diafra Sako və Anri Sayvetin qollarına sevinən "Bursaspor" 2:0 hesabı ilə önə keçib. İlk yarının əlavə vaxtında Badou Ndiaye fərqi azaldıb. 56-cı dəqiqədə Mbaye Diagne penaltidən bərabərliyi təmin edib. 63-cü dəqiqədə isə Sofiane Fequli "Qalatasaray"ın bərabərlik qoluna imza atıb.
Qeyd edək ki, 26 turdan sonra "Başakşəhər" 58 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədəki "Qalatasaray"ın 52, üçüncü yerdəki "Beşiktaş"ın 47 xalı var.
Fanat.Az