İtaliya A Seriyasında XXVIII tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun son oyununda "Milan" "İnter"i qəbul edib. 5 qolun vurulduğu görüşdə qonaqlar 3:2 hesablı qələbə qazanıb.
"Milan"ın heyətində Tiemoue Bakayoko və Mateo Musaççio, "İnter"də Matias Veçino, Stefan de Vrij və Lautaro Martines (penalti) fərqlənib.
Qeyd edək ki, XXVIII turdan sonra "İnter" 53 xalla 3-cü pilləyə yüksəlib. 51 xalı olan "Milan" 4-cü pilləyə geriləyib. Turnir cədvəlinə 75 xalla "Yuventus" başçılıq edir. Turin klubundan 15 xal geri qalan "Napoli" isə 2-ci yerdə qərarlaşıb.
Fanat.Az