İspaniya La Liqasında XXVIII tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun son oyununda lider "Barselona" "Betis"in qonağı olub.
Oyun kataloniyalıların 4:1 hesablı qələbəsi ilə yekunllaşıb. "Barselona"nın heyətində Lionel Messi het-rik edib. Digər qolu Luis Suares vurub. "Betis"in yeganə qoluna isə Loren Moron imza atıb.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 66-ya yüksəldən "Barselona" ilk sıradakı mövqeyini möhkəmlədib. Hazırda kataloniyalıları ən yaxın izləyiciləri "Atletiko"dan 10, "Real"dan 12 xal ayırır. "Betis" isə 39 xalla 8-ci pillədə qərarlaşıb.
Fanat.Az