18:10 18.03.2019 1588

Nikola Yurçeviç: \"Favoriti təəccübləndirməyə çalışacağıq\"

Millimizin xorvat çalışdırıcısı Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində martın 21-də Xorvatiya ilə keçiriləcək matç ərəfəsində ölkəsinin mətbuatına danışıb.

 

 

Fanat.Az müsahibəni təqdim edir:


- Xorvatiya ilə matçın hazırlığına başlamısız. Toplanış necə keçir?

- Təlim-məşq toplanışına başlayıb, seçmə mərhələnin oyununa hazırlaşırıq. Ancaq hələ də legioner həyatı yaşayan 2-3 oyunçu gözləyirik. Futbolçuların hamıs sağlamdı. Yalnız Topaz Premyer Liqasının ötən turunda 1-2 xırda zədə var ki, onları da ciddi saymaq olmaz. Təlim-məşq toplanışı yüksək səviyyədə təşkil edilib. Komanda üçün ideal şərait yaradılıb.


- Xorvatiya ilə Azərbaycanı müqayisə etsəniz, hansı fərqləri qeyd edərdiniz?

- Müqayisə aparırıqsa, FİFA-nın sıralamasına nəzər yetirmək lazımdı. Əlbəttə, fərq var, Xorvatiya tam başqa dünyadı. Ancaq bizim yaxşı oyunçularımız var və onlar spesifik futbol sərgiləyir. Bəzən kağız üzərində autsayder olan komanda güclü rəqib önündə sürpriz nəticə əldə edir və ya yaxşı müqavimət göstərir. Biz də "Maksimir”də bunu etməyə çalışacağıq. Görək bizdən gözlənilənləri nə dərəcədə qarşılayacağıq.


- Belə çıxır ki, Zaqrebə Xorvatiyanı şoka salmaq üçün gəlirsiniz? Axı, hamımız komandamızdan qələbə gözləyirik...

- Rəqibə yuxarıdan-aşağı baxmaq və ya onu həddən artıq güclü hesab etmək düzgün. Bizim təslim olmaq fikrimiz yoxdu. Əksinə, uğurlu çıxış etməyə çalışacağıq. Düzdü, bizim yüksək reytinqimiz yoxdu. Amma nəyəsə ümid etməyə haqqımız var. Qrupun favoritini təəccübləndirməyə çalışacağıq. Xorvatiya yığmasına Azərbaycanda hörmətlə yanaşırlar. Bakıdakı hər addımımda da bunu hiss edirəm.


- Azərbaycan klubu "Qarabağ” bir neçə ildi avrokubokda yaxşı çıxış edir...

- Doğrudu. Amma hazırda çempionata "Neftçi” başçılıq edir. Hər iki komandada kifayət qədər əcnəbi var ki, onlar klubda vacib rol oynayırlar. "Qarabağ” avrokuboklarda bir neçə dəfə qrupa düşüb, hətta bəzən favoritlərlə gözlənilməz nəticələrə də imza atıb.


- Azərbaycan mətbuatı Ramil Şeydayev, Rüfət Dadaşov, Eddi İsrafilov və Dmitri Nazarovu fərqləndirir. Sizin onlar barədə düşüncələriniz nələrdi?

- Şeydayev Rusiya Premyer Liqasında çıxış edir, Rusiya futbolunun yetirməsidi. Biz onu səbirsizliklə gözləyirik. Ramil yaxşı ustalıq keyfiyyətlərinə malikdi. Biz ona inanırıq. O, əsas ümidlərimizdən biridi.


- Hesab edirik ki, siz Zaqrebdəki oyunun böyük hissəsini müdafiədə keçirəcəksiniz...

- 90 dəqiqə ancaq müdafiə olunacağımızı gözləmək çətindi. Əlbəttə, hücumlarımızla Xorvatiyaya təhlükə yaratmağa çalışacağıq. İmkan yarandıqca buna cəhd edəcəyik. Xorvatiya millisinə böyük hörmətlə yanaşırıq. Onlar haqda hər şeyi bilirik. Lakin bizim də ümidlərimiz var. Bu 2 yığmanın start mövqeləri bəllidi. Xorvatiya aşkar favoritdi. Amma həmişə ümid yer var. Mən nikbinəm. Düşünürəm ki, yaxşı oyun göstərəcəyik. Bunun hansı nəticə üçün kifayət edəcəyini isə qarşılaşma göstərəcək.


 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

09:24

Şeydayevlə İsgəndərlinin Super Liqa arzusu "suya düşdü"

02:10

"Barselona" 2 qolla ikinci pillədə möhkəmləndi

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

Facebookdan bizi izləməyi unutmayın.
X