Malta yığması "AVRO-2020"nin seçmə mərhələsinin ilk turunda qələbə qazanıb.
Fanat.Az xəbər verir ki, F qrupunda çıxış edən "cırtdan ölkə" öz meydanında Farer adalarına 2:1 hesabı ilə qalib gəlib.
Bu Malta millisinin 13 ildən sonra doğma meydanda keçirdiyi rəsmi oyunda ilk qələbəsi olub. Maltalılar sonuncu dəfə 2006-cı ildə Macarıstanla rəsmi oyundan 2:1 hesablı qələbə qazanmışdı.
Fanat.Az