Milli komandamız sabah yoldaşlıq oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, yığmamız Bakıda Litva millisini sınağa çəkəcək. Bu komandalar arasında baş tutan üçüncü oyun olacaq. Bundan əvvəlki qarşılaşmlar da yoldaşlıq oyunu xarakteri daşıyıb.
Komandalar ilk dəfə 1998-ci ilin iyunun 26-da Estoniyada üz-üzə gəlib. Həmin matçda Vaqif Sadıqovun başçılıq etdiyi komandamız rəqibdən üstün olub - 2:1. Yığmamızın qollarına Rasim Abuşovla Vyaçeslav Lıçkin imza atıb.
Litva və Azərbaycan milliləri arasındakı ikinci qarşılaşma 2008-ci ilin 26 martında Vilnüsdə baş tutub. Bu dəfə litvalılar 1:0 hesablı qələbə qazanıb. Həmin oyunda millimizi meydana Nazim Süleymanov çıxarıb.
Fanat.Az