Afrika Millətlər Kubokunun seçmə mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, turnirin final mərhələsinə vəsiqə qazanan bütün komandalar müəyyənləşib:
Misir, Seneqal, Madaqaskar, Mərakeş, Kamerun, Mali, Burundi, Əlcəzair, Benin, Nigeriya, Cənubi Afrika Respublikası, Qana, Keniya, Zimbabve, Konqo Demokratik Respublikası, Qvineya, Kot dİvuar, Anqola, Mavritaniya, Tunis, Qvineya-Bisau, Namibiya, Uqanda, Tanzaniya.
Qeyd edək ki, Afrika Millətlər Kuboku 21 iyun-19 iyulda Misirdə keçiriləcək. Yarışın ən titullu komandası hesabında 7 çempionluq olan meydan sahibləridi. Turnirin sonuncu qalibi isə Kamerundu.
Fanat.Az