UEFA Çempionlar Liqasının adı dəyişdirilir.
Fanat.Az xəbər verir ki, bu barədə Avropa Klublar Birliyinin Amsterdamda keçirilən toplantısından təşkilatın rəhbəri Andrea Agnelli açıqlama verib.
"Yuventus"un da prezidenti olan Agnelli bildirib ki, turnir Super Çempionlar Liqası adlanacaq: "24 klubun iştirakı ilə dünya çempionatı keçirilməsinin əleyhinəyik. FIFA-nın klublararası dünya çempionatının formatını 2021-ci ildən dəyişdirməsinin əleyhinəyik. Super Çempionlar Liqası adlı yeni bir turnir təşkil olunacaq. Məqsədimiz 2024-cü ildən etibarən bütün tərəflərin iştirakı ilə beynəlxalq turniri formalaşdırmaqdı. UEFA liqalarının gələcəyi üçün yeni proses başlatdıq. Biz dünya futbolunun mərkəzindəyik. Dolayısıyla, dəyişikliyə öncüllük etməliyik".
Fanat.Az