"Barselona"nın ulduzu Lionel Messi maraqlı açıqlamalar verib.
Fanat.Az xəbər verir ki, "Club Octubre FM" adlı radioya açıqlamalar verən futbolçu Rusiyadakı dünya çempionatında Fransaya yenildikləri oyundan sonra ilk dəfə Argentina millisi ilə bağlı danışıb.
Haqqında çıxan xəbərlərə görə mətbuata etiraz edən ulduz futbolçu barəsində daim yalan məlumatların yayıldığını bildirib. Milli komandanın baş məşqçisini onun seçməsi ilə bağlı iddiları təkzib edən Messi "Bu kimi pis xəbərləri həmişə oxuyuram. Belə bir mühitdə futboldan həzz almaq olmaz" deyib.
DÇ-2014-ün finalı ilə bağlı da danışan futbolçu Almaniyaya müəyyən məqamlara görə uduzduqlarını və mətbuatın göstərdiyi reaksiyanın onu məyus etdiyini qabardıb: "Dünya çempionu olsaydıq, hər şey fərqli olardı".
Messi Fransaya uduzduqları oyundan sonra tənha bir otağa girib qapını kilidləmək istədiyini deyib: "Oğlum tez-tez "yutub"da bəzi videoları görür. Sonra da mənə "Səni niyə öldürmək istəyirlər" sualını verir".
İnsanların hər deyilənə inandığını və bunun ailəsinə də mənfi təsir etdiyini bildirən ulduz futbolçu "Günün sonunda fahişənin balası mən oluram. Halbuki, deyilənlərin hamısı yalandı" deyib.
Fanat.Az