Millimizin qapıçısı Emil Balayev Qazaxıstan çempionatının III turunda "Şaxtyor”la (Karaqanda) keçirilən görüşdə "Tobol"un ən yaxşısı seçilib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, iki dəfə komandasını real qoldan xilas edən 24 yaşlı qolkiper "Instat”ın təhlilinə görə hamının qabaqlayıb. Onun çıxışı 286 xalla qiymətləndirilib.
Fernandey Kassay (271) 2-ci, Aleksander Kleşenko (264) 3-cü olub.
Qeyd edək ki, oyun "Tobol"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Fanat.Az