Çexiya Gənclər Liqasında pley-off mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya" səfərdə "Teplitse" ilə qarşılaşıb. Oyun qonaq kmandanın 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Fərid Nəbiyev start heyətində yer alıb və 90 dəqiqə meydanda olub. Millimizin üzvü 49, 78 və 82-ci dəqiqələrdə rəqib qapısına yol tapıb, həmçinin iki qolun ötürməsini verib.
Bununla da cari mövsümdə vurduğu qolların sayını 15-ə çatdıran Fərid Nəbiyev çempionatın bombardiri olub.
Fanat.Az