"France Football” nəşri dünyanın ən çox qazanan qadın futbolçularını müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, Norveç yığmasının hücumçusu Ada Hegerberq ən çox maaş alan qadın futbolçudu. "Lion”da çıxış edən 23 yaşlı hücumçunu illik maaşı 400 min avrodu.
2-3-cü pillələri onun "Lion”dakı komanda yoldaşları Amandin Anri və Vendi Renar tutur. Fransa millisinin üzvləri müvafiq olaraq 360 min və 348 min avro qazanır.
Dünyanın ən yüksək ödənişli kişi futbolçusu isə argentinalı Lionel Messidi. "Barselona”nın argentinalı ulduzu ildə 130 milyon avro qazanır. Bu isə o deməkdi ki, Hegerberq Messidən 325 dəfə az pul alır.
Fanat.Az