Almaniyanın III Bundesliqasında XXXIII tura start verilib.
Fanat.Az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen” səfərdə "Münhen 1860" ilə qarşılaşıb.
Oyun qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 30-cü dəqiqədə Rüfət Dadaşov vurub. 90 dəqiqə meydanda olan millimizin üzvü 77-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Bu, Rüfətin üçücü liqada 8-ci qolu olub.
Qeyd edək ki, bu qələbə sayəsində turnir cədvəlində rəqibini qabaqlayan "Proyssen" 6-cı pilləyə yüksəlib.
Fanat.Az