İngiltərə Premyer Liqasında XXV turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, "Mançester Yunayted" bu turda "Everton"un qonağı olub.
Liverpuldakı "Goodison Park" stadionunda keçirilən oyunda meydan sahibləri 4:0 hesablı qələbə qazanıb. "Mançester Yunayted"in qapısına Riçarlison, Gilfi Siqurdsson, Lukas Diqne və Teo Ualkott yol tapıb.
Qeyd edək ki, 34 oyun keçirən "Mançester Yunayted" 64 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 35 oyun keçirən "Everton" isə 49 xalla 7-ci yeri tutur.
Fanat.Az