22:50 08.06.2019 3122

Söyün, ürəyinizi boşaldın!

Lixtenşteynin U-21 yığmamızın timsalında AFFA-dakı səriştəsizlərin qulağının dibinə düdülədiyi şapalağın yeri getməmiş Puşkaşın həmvətənləri əsas millini bu günə qoyanlara futbolla "dır-dır”ın fərqini başa saldı.

 

Əlbəttə, Macarıstana Bakıda qalib gəlmək gözəl arzu idi. Ancaq əməllərinin arxasında el dili ilə desək, ilan-qurbağa yatan idarəçilərin dönəmində bunun baş vermək ehtimalı 2 faizdən çox deyildi. Perikmiş qu dəstəsini xatırladan təmsilçimiz 1:3 hesabıyla yenildi. Yəni xüsusi nəsə baş vermədi.


"Bakcell Arena”ya getməyi özünə borc bilən əsl azarkeşlərin hər birindən baş katib Elxan Məmmədovun əvəzinə şəxsən üzr istəyirəm… Nikola Yurçeviçin qurduğu heyətə, sırf bu qarşılaşma üçün cızdığı planlara görə də həmçinin…


Bilirəm, pərişansız… Taleyinə yerində olmayan adamların hakimiyyət illərində altıncı barmağı xatırladan milliyə azarkeşlik edib əsəbiləşmək, müxtəlif xəstəliklər tapmaq yazılmış insanları çox gözəl anlayıram. Ünvanısəhv salmadan söyün, ürəyinizi boşaldın, sakitləşin, infarct riskini azaldın. Təbii, hər bir yurddaşımızın həyatı futboldan dəfələrlə dəyərlidi. Amma…


Bu məmləkətdə futbol olmadığını, azərbaycanlıların "kos-kos” səviyyəsindən o tərəfə gedə bilməyəcəyini əsla dilə gətirməyin! "Azərbaycanda futbol yoxdu” deyimini xalqın ruhuna hopdurmaq AFFA-da meşin qapılar arxasında əyləşçənlərin çoxunun ana hədəfidi. Belə düşünmək arxalı qaquliklərin dəyirmanına su tökmək deməkdi.


Azərbaycanda futbol da var, futbolçular da, məşçqçilər də, hələ desən, Avropa standartlarına cavab verən potensial futbol idarəçiləri də. Mentallığı, zamanı, məkanı, bu idman növünün gerçək fəlsəfəsini anlamayanlar rədd olub getsə, ən qısa zamanda durum dəyişəcək. Torresləri, foqtsları, yurçeviçləri istefaya səsləmək, həyəcandan ayağı ayağına dolaşan biçarə yığma üzvlərini fitə basmaq çıxış yolu deyil. Ən çətin anda MİLLİ sözünün arxasında durun, əməli dürüst olmayanların alçaltmağa çalışdığı formanın üzərindəki rəmzlərimizdən dəstəyinizi əsirgəməyin! Səriştəsizləri haqq etmədikləri postlardan uzaqlaşdırmalı, futbolu olan ölkənin millisinin ayaqlarından çəkənləri hədəfə almalıyıq!

 

 

NİHAT AĞASOY

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

Facebookdan bizi izləməyi unutmayın.
X