"Barselona"nın qızlardan ibarət U-11 komandası möhtəşəm nəticəyə imza atıb.
Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi 30 oyunda 30 qələbə qazanıb və 329 qol vurub. Onlardan sonrakı ən yaxşı nəticəyə sahib olan "Sportinq" isə sadəcə 66 qol vura bilib.
İspaniya Futbol Federasiyası 16 yaşadək qız və oğlanlardan qarışıq komanda qurmağa icazə verir. "Barselona"nın rekorda imza atan komandasında oğlan futbolçular da yer alıb.
"Barselona"nın U-12 komandasına Kataloniya klubunun əfsanəvi futbolçularından Andoni Zubizarretanın kiçik oğlu Markel Zubizarreta başçılıq edir. Oğlanlardan ibarət komandalarla oyunlara hazırlışdıqlarını bildirən mütəxəssis "Onların yaşında yetərli rəqib tapmaq çətindi. Biz də oğlanlardan ibarət komandalarla oynayırıq. Bu yaş qrupunda ən zəif komanda biz idik. İndi isə məğlub edilməsi mümkün olmayan komandayıq" deyib.
Fanat.Az