"Milan"n yeni baş məşqçisi açıqlanıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, "Sampdoriya"sının sabiq baş məşqçisi Marko Campaolo "rossonerlər"in sükanı arxasına keçib.
Təyinat iyulun 1-də rəsmən açıqlanacaq. 52 yaşlı mütəxəssislə müqavilə 2+1 il şərti ilə qüvvədə olacaq. O, yeni vəzifədə Cennaro Qattuzonu əvəzləyib.
Əvvəllər Campaolo "Empoli", "Kremoneze", "Breşiya", Çezena", "Kataniya", "Siena" və "Kalyari" komandalarında çalışıb. 2018/2019 mövsümündə "Milan" A Seriyasında 68 xalla 5-ci yeri tutub. "Sampdoriya" isə 53 xalla 9-cu olub.
Fanat.Az