"Biz Neymarı transfer etmək istəmirik. Direktorlar Şurası bu məsələni araşdırmayıb. Amma oyunçunun belə bir istəyinin olduğunu bilir. Deyəsən, Neymar qayıtmaq arzusundadı. Ən azından bunu dilə gətirib. Ancaq heç bir danışıq olmayıb. Buna görə narahat deyilik".
Fanat.Az xəbər verir ki, bu sözləri "Barselona"nın vitse-prezidenti Jordi Kardoner deyib.
Klub rəsmisi PSJ-nin hücumçusu Neymarın Kataloniya təmsilçisinə qayıdacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib: "Gedən futbolçunun qayıtmaq istməməsi məni təəccübləndirmir. Çünki dünyada "Barselona" kimi klub çox deyil. Digər futbolçular da olub, məsələn, Fabreqas komandadan ayrılıb, sonra isə qayıtmaq istəyib. Neymar böyük oyunçudu. Lakin bir anda getməyə qərar verdi. Hazırkı məqamda onunla əlaqə saxlamırıq. Ona görə də hələ danışılası heç nə yoxdu. Onun gedişi ilə bağlı xoşumuza gəlməyən bir çox məqam var. Əvvəlcə bəzi məsələlər öz həllini tapmalıdır".
Xatırladaq ki, Neymar 2013-2017-ci illərdə "Barselona"da oynayıb və 222 milyon avroya PSJ-yə transfer olunub.
Fanat.Az