Türkiyə milli komandasının üzvü Emre Belözoğlu "Fənərbağça”ya qayıdıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 39 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, futbolçu karyerasına 1996-cı ildə "Qalatasaray"da başlayan Emre 2001-ci ildə Milan "İnter"inə transfer olunub. 2005-2008-ci illərdə İngiltərədə "Nyukasl"ın formasını geyinən futbolçu 2008-ci ildə vətənə dönərək 4 ilə "Fənərbaxça"nın formasını geyinib. 2012-ci ildə "Atletiko"da çxış edən futbolçu 2013-2015-ci illərdə yenidən "Fənərbaxça"nın uğurları üçün çalışıb. O, 2015-ci ildən "Başakşəhər"də çıxış edirdi.
Fanat.Az