"Tottenhem" 1,5 illik fasilədən sonra ilk transferini realaşdırıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi "Lids"dən Cek Klarkı transfer edib. 19 yaşlı hücumçu ilə 2023-cü ilə qədər müqavilə imzalanıb. "Tottenhem" keçidə görə "Lids"ə 11 milyon avro ödəyib.
London klubu 19 yaşlı futbolçunu təcrübə toplamaq üçün 2019/20 mövsümünün sonunadək "Lids"ə icarəyə verib.
Qeyd edək ki, Cek Klark ötən mövsüm komandasının heyətində mövsümün ən yaxşı oyunçusu seçilib. O, 25 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Çempionlar Liqasının son finalçısı olan "Tottenhem" yeni stadion tikdiyi üçün son iki transfer dövründə heyətinə yeni futbolçu qatmamışdı.
Fanat.Az