"Fənərbaxça" "Arsenal"da çıxış edən Məsut Özillə bağlı açıqlama yayıb.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi rəsmi saytı vasitəsi ilə türkəsilli yarımmüdafiəçini transfer etmək istəmələri barədə xəbəri təkzib edib.
Klubdan bildirilib ki, bununla bağlı hər hansı danışıq aparılmır. İstanbul təmsilçisi mövcüd maliyyə şərtləri səbəbindən belə bir transferin hər iki tərəf üçün mümkünsüz olduğunu bildirib.
Qeyd edək ki, M.Özil 2013-cü ildən "Arsenal"da oynayır.
Fanat.Az