Rusiya Premyer Liqasında 2019/20 mövsümünə start verilib.
Fanat.Az xəbər verir ki, mövsümün açılış matçında "Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi Tula "Arsenal"ı milli komandamızın üzvü Ramil Şeydayevin çıxış etdiyi Moskva "Dinamo"su ilə qarşılaşıb.
Matç 1:1 hesabı ilə yekunlaşıb. Start heyətində yer alan Şeydayev yeni klubunda ilk rəsmi oyununa çıxıb və 87-ci dəqiqədə Vyaçeslav Qrulevlə əvəzlənib.
Fanat.Az