İngiltərə Premyer Liqasının reqlamentində dəyişiklik edilib.
Fanat.Az xəbər verir ki, dəyişiklik reqlamentin turnir cədvəlinin tərtib olunması ilə bağlı bəndi ilə bağlıdı.
Belə ki, 2019/20 mövsümündən etibarən komandaların xalları bərabər olacağı təqdirdə, şəxsi oyunlardakı nəticələrə baxılacaq. İndiyədək turnir cədvəli top fərqinə üstünlük verilərək müəyyənləşdirilirdi.
Qeyd edək ki, 2011/12 mövsümündə "Mançester Siti" ilə "Mançester Yunayted" eyni sayda xal toplamışdı. Həmin vaxt top fərqinə görə, "şəhərlilər" çempion elan olunmuşdu.
Fanat.Az