PSJ-dən ayrılmaq istəyən Neymarın oynamaq istədiyi klublar açıqlanıb.
Fanat.Az "El Mundo Deportivo”ya istinadən xəbər verir ki, 27 yaşlı forvardın ilk seçimi sabiq klubu "Barselona”sıdı. Braziliyalı Kataloniya klubuna keçidi alınmayacağı halda, "Real", "Yuventus” və ya "Bavariya”ya transfer olunmaq istəyir.
Qeyd edək ki, Neymar 2 il əvvəl "Barselona”dan PSJ-yə rekord məbləğə - 222 milyon avroya keçib.
Fanat.Az