Almaniyanın "Borussiya" (Dortmund) klubu yeni sponsorluq müqaviləsi imzalayıb.
Fanat.Az xəbər verir ki, Dortmund təmsilçisi "Puma" ilə əməkdaşlığın müddətini uzadıb. Yeni anlaşma 10 il davam edəcək. "Borussiya" bu müddətdə 300 milyon avro qazanacaq.
Qeyd edək ki, "Borussiya"nın hazırkı müqavilə müddəti 2022-ci ilə qədərdi və dortmunluların illik qazancı 9 milyon avrodu.
Fanat.Az