Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" doğma azarkeşləri önündə Lüksemburqun "Jeness" klubu ilə qarşılaşıb.
Görüş 1:1 hesabı ilə başa çatıb. Səfərdə qolsuz heç-heçə qeydə alındığından bu nəticə qonaqları 2-ci təsnifat mərhələsinə daşıyıb. "Tobol" isə Avroliqada mübarizəni dayandırıb.
Emil Balayev start heyətində yer alıb və sonadək meydanda olub.
Fanat.Az