Rusiya Premyer Liqasında II turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, "Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi "Arsenal" səfərdə "Krılya Sovetov"la qarşılaşıb.
Görüş Tula təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. "Arsenal"ın heyətində Sergey Tkaçev (22-ci dəqiqə), Sergey Kanqva (24) və Aleksandru Tudorie (56), "Krılya Sovetov"un heyətində isə Aleksander Sobolev (43) və Taras Burlak (52) fərqlənib.
"Arsenal" bu nəticədən sonra xallarının sayını 4-ə çatdırıb və hələlik liderliyə yüksəlib. Samara təmsilçisi isə 3 xalla 3-cü sırada qərarlaşıb.
Qeyd edək ki, "Neftçi" ilə "Arsenal" arasında ilk oyun iyulun 25-də Tula şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Cavab görüşü isə 1 həftsə sonra "Bakcell Arena"da olacaq.
Fanat.Az