"Qarabağ"ın və milli komandamızın üzvü Mahir Emreli İspaniyaya transfer olunmağa yaxındı.
Fanat.Az xəbər verir ki, bu barədə grada3.com saytı məlumat yayıb. Sayt iddia edir ki, 22 yaşlı forvard bu ölkənin səviyyəcə 1-ci liqasında mübarizə aparan "Estremadura" klubuna keçəcər. İddiaya görə, bu klub Mahiri heyətinə qatmağa daha yaxındı.
Qeyd edək ki, futbolçumuzla İspaniyanın "Malaqa" klubunun da maraqlandığı deyilir.
Fanat.Az