Çempionlar Liqasının "pley-off" mərhələsində "Qarabağ”ın potensial rəqibi olan "Ayaks” daha bir aparıcı futbolçusunu itirə bilər.
Fanat.Az xəbər verir ki, Amsterdam təmsilçisinin aparıcı futbolçularından olan Donni Van de Bek "Real" heyətinə qatmaq istəyir. "Kral Klubu” hollandiyalı üçün 55 milyon avro xərcləməyə hazırdır.
Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi cari mövsümdə "Ayaks"ın heyətində 3 oyuna çıxaraq Van de Bek 1 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" ona 40 milyon avro qiymət qoyub.
Onu da qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə APOEL-i (Cənubi Kipr) 2:1 hesabı ilə yenib. "Ayaks" isə səfərdə PAOK-la (Yunanıstan) "sülh" bağlayıb - 2:2. Bu cütlərin qalibləri "pley-off"da üz-üzə gələcək.
Fanat.Az