14:46 13.08.2019 4723

Rəfiqə Əziz: "Qarabağ"da zövqümə uyğun futbolçu yoxdur”

Rəfiqə Əziz 1993-cü ildə Bakıda anadan olub. 2011-2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. "Lider" TV-də müxbir, redaktor, daha sonra CBC sport kanalında fəaliyyət göstərib. Sosial şəbəkələrdə "Qarabağ"ın xanım azarkeşi kimi tanınır. Ağdam klubunun Çempionlar Liqasında növbəti oyunu ərəfəsində "Sputnik Azərbaycan” agentliyi Rəfiqə Əzizlə söhbətləşib.

Onunla müsahibəni Fanat.Az oxucuları üçün də təqdim edirik.

- Futbola həvəsiniz nə vaxt yarandı?
- Uşaq vaxtlarımdan futbola böyük həvəsim vardı. Amma ən böyük arzum cüdoçu olmaq idi. Dayımoğlu, qardaşım məşğul olduqları üçün mən də istəyirdim. Anam isə qəti surətdə bunun əleyhinə idi. Çox dəcəl idim. Evdə deyirdilər ki, cüdo ilə məşğul olsan, qarşına çıxanı döyəcəksən. Kök olduğum üçün məni fitnesə qoydular. Həyəcan, adrenalin sevən biri olduğum üçün fitnes çox darıxdırıcı gəlirdi mənə. 6-cı sinifdə məktəbdə qadın futbolu üçün qəbulla bağlı elan verdilər. Bu dəfə də ailəm istəklərimə qarşı çıxdı. Aqressiv idman növlərinə marağım böyük olsa da, məni rəqsə, üzgüçülüyə, aerobikaya, gimnastikaya qoyublar. Amma hamısı da yarımçıq qalıb. Hətta fortepianoya məni döyə-döyə aparıblar. Musiqini sevsəm də, məşğul olmaq heç mənlik deyil. İndi isə arada vaxtım olanda kikboksinqlə məşğul oluram. Anam indi də deyinir ki, qızım, əl çək bu işlərdən.



- Sizi hamı "Qarabağ" azarkeşi kimi tanıyır. Bakıda böyüyüb boya-başa çatan adamda bu sevgi haradan yarandı?
- Həmişə mənə deyirlər ki, bakılısan, amma "Qarabağ"a azarkeşlik edirsən. Mən hələ uşaq ikən yerli çempionata baxırdım. Zaur Tağızadənin, Georgi Adamiyanın, Mahir Şükürovun, Rəşad Sadıqovun oyunlarını maraqla izləmişəm. Xatırlayıram, atamla stadiona getmişdik. "Neftçi" oynayırdı. Qurban Qurbanov həmin oyunda qol vurmuşdu. Vaxtı ilə Raul Qonsalesə vurulmuşdum. Qurban Qurbanova qarşı da eyni hissləri duyurdum. Məni çox cəlb etmişdi. Televizorda Qurbanovu göstərəndə saxlayırdım həmin kanalda. Mənim üçün Azərbaycan futbolu üç addan ibarətdir: Qurban Qurbanov, Zaur Tağızadə və Rəşad Sadıqov.

Qurbanov "Qarabağ"a məşqçi kimi gələndən sonra həmkarım Vasif Acalov məni Avropa kuboklarının oyununa dəvət etdi. Klubumuz "Seltik"lə qarşılaşacaqdı. Dəvəti qəbul etdim. Düzdür, həmin oyunu uduzduq, amma mən uşaqlıq dövrümə qayıtdım. Ölmüş duyğularımı oyatdı. Oyun bitəndə mənim gözlərim dolmuşdu. Kövrəlməyim uduzmağa görə deyil, uzun illərdən sonra Tofiq Bəhramov stadionunda olmağım, uşaqlıq duyğularım idi. Bir müddətdən sonra "Qarabağ"ın nəinki Avroliqadakı oyunlarını, ölkə çempionatındakı çıxışlarını da stadiondan izləməyə başladım. CBC Sport kanalında işə düzələndən sonra isə artıq peşəmlə bağlı olaraq mütəmadi stadiona gedirdim. Hətta bir dəfə "Neftçi" - "Qarabağ" oyununda fləş-müsahibə etməli idim. Oyunu texniki zonadan izləyirdim. "Qarabağ" qol vuranda hisslərimi saxlaya bilmədim. Sevincimi bildirdim. Həmkarım Səmra (Səmra Qolasso - red.) mənə yaxınlaşaraq bildirdi ki, hisslərini cilovla. Oyun 2:1 "Qarabağ"ın qələbəsi ilə bitdi. Oyun uzandığı üçün fləş-müsahibə də olmadı. Amma bir müddət sonra "Qarabağ" – "Düdelanj" oyununda bu mənə qismət oldu. Həmin vaxt Qurban Qurbanov və Qara Qarayevdən müsahibə ala bildim. Həmin an dünyanın ən xoşbəxt adamı idim.

- Bu xoşbəxtliyini "Qarabağ"da bilirlər?
- Qurban Qurbanovu deyə bilmərəm. Çünki onunla bir dəfə həmsöhbət olmaq qismətim olub. Kanalımıza qonaq gəlmişdi və mən böyük həvəslə onunla şəkil çəkdirdim. Çox eybəcər düşdüyüm üçün onunla şəklimi heç yerdə paylaşmıram. Amma klubda Rəşad Sadıqov və oranın işçiləri bilirlər.



- Sənə görə, "Qarabağ"ın ən cəzbedici futbolçusu kimdir?
- Çox təəsüf ki, "Qarabağ"da xarici görünüşünə görə mənim zövqümə uyğun futbolçu yoxdur. Amma Qurban Qurbanov birmənalı olaraq zövqümdədir. Oyun baxımından isə məncə, Azərbaycan futbolunun ikonası Rəşad Sadıqovdur. Onu həm də xarakter, liderlik qabiliyyəti olan şəxs kimi dəyərləndirirəm. Son dövrlər zəifləsə də, Qara Qarayevin oyunu da ürəyimcədir. Hal-hazırda isə bəyəndiyim futbolçu Zubirdir.

- Hansı futbolçu ilə dostluq münasibətin var?
- Ad çəkmək istəmirəm. Səbəbini də açıq deyim. Çox təəssüf ki, futbol sferası elədir ki, deyilən hər sözü, atılan hər addımı, hətta paylaşılan şəkli yoza bilərlər. Bu barədə başım çox ağrıyıb. Ona görə dostlarımın adını açıqlamıram.

- Futbolçudan hədiyyə almısan?
- Almışam, amma yenə də deyirəm, ad çəkməyəcəm.

- Bəs sevgili olduğun?
- Hal-hazırda yoxdur. Vaxtı ilə olub.

- Tanınmış futbolçu idi?
- Məsələ ondadır ki, mən futbolçuları tanıyıram. Amma əksər adamlar üzdə olanlardan savayı, heç kimi tanımır.



- Son zamanlar dünyada modellərin futbolla bağlı açıqlamaları artıb. Misalçün, oyun öncəsi deyirlər ki, futbolçu qol vursun, onu öpəcəm.
- Mənim alt partarında meydana qaçmaq fikrim yoxdur. Dəfələrlə belə müsahibələr oxumuşam. Xatırlayıram, Naz Mila demişdi ki, "Qarabağ"da qələbə topunu vuran adamı öpəcəm. Sözünün üstündə durmadı. Çempionlar Liqasında qrupa düşmək üçün son oyun idi. "Qarabağ" keçərsə həştəqi ilə paylaşım edilirdi. Səfər oyunu olduğu üçün matça Bakı Olimpiya stadionunda fan-zonadan baxırdıq. Mən də söz vermişdim ki, yanımda kim olarsa, onu qucaqlayacam. Dostlarım oyun bitən kimi məni dövrəyə aldılar ki, yad adamı qucaqlamayım.

- "Qarabağ" böyük ehtimalla növbəti mərhələyə yüksələrsə, "Ayaks" klubu ilə qarşılaşacaq. Oyundan nə gözləyirsən?
- Sözün düzü, komandadan çox, azarkeşlərin buraya gəlməsini arzulayıram. Çünki bildiyim qədəri ilə çox maraqlı azarkeşlərdir. Etiraf edim ki, ötən mövsüm "Ayaks" gözlənilməz nəticə göstərdi. Baxmayaraq ki, heyətində dəyişiklik olub, şansları 50/50 qiymətləndirirəm. Top yumrudur, hər şey ola bilər. Təbii ki, könül istər, "Qarabağ" qələbə qazansın və qrupa vəsiqə əldə etsin.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

Facebookdan bizi izləməyi unutmayın.
X