10:07 14.08.2019 1969

“Qarabağ” 5 milyon avro qazanmaq şansını əldən verdi

"Qarabağ” UEFA-dan 5 milyon avro mükafat almaq şansını əldən verib.

Buna səbəb Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin Bakıda keçirilən cavab oyununda Kiprin APOEL komandasına 0:2 hesabı ilə uduzaraq, pley-offa yüksələ bilməməsidir. Səfərdə baş tutan ilk matçda 2:1 hesabı ilə qalib gəlməsinə rəğmən, qitənin ən nüfuzlu klub turniri ilə vidalaşan Azərbaycan çempionu böyük məbləğ qazanmaq şansını da qaçırıb.

Bununla belə, Ağdam təmsilçisi ÇL-də I, II və III təsnifat mərhələlərində iştirak üçün həmrəyliy ödənişindən müvafiq olaraq 280 min avro, 380 min avro və 480 min avro gəlir əldə edəcək.

Mübarizəni Avropa Liqasında davam etdirəcək "Qarabağ” pley-offda Şimali İrlandiyanın "Linfild” komandasına uduzarsa, əlavə 300 min avro ilə kifayətlənəcək. Qrupa düşəcəyi təqdirdə isə qazancını ən azı 2,92 milyon avro artırmış olacaq.

Qeyd edək ki, UEFA-nın 2019/2020 avrokubok mövsümü üçün maliyyə gəlirlərinin bölgüsü sisteminə əsasən, ÇL-in pley-off mərhələsində mübarizəni dayandıracaq klublar arasında 30 milyon avro bölüşdürləcək və hər bir kluba 5 milyon avro çatacaq.

ÇL-in qrup mərhələsinə düşəcək 32 klubun hər biri 15,25 milyon avro qazanacaq. Qrup mərhələsində hər qələbəyə görə 2,7 milyon avro, heç-heçə üçün 900 min avro veriləcək. Heç-heçələrdən qalan əlavə məbləğ isə qrup mərhələsinin iştirakçıları arasında qələbə sayına uyğun bölünəcək. Qrup qalibləri hərəyə 1 milyon avro, ikinci yeri tutanlar 500 min avro alacaqlar.

1/8 finala çıxanlar hərəyə 9,5 milyon avro, 1/4 finalçılar 10,5 milyon avro, yarımfinalçılar 12 milyon avro qazanacaqlar. Finalda uduzan komandaya 15 milyon avro, qalibə isə 19 milyon avro çatacaq.

Avropa Liqasının qrup mərhələsinin iştirakçıları hərəyə 2,92 milyon avro, qrup qalibləri hərəyə 1 milyon avro, ikinci yeri tutanlar 500 min avro alacaqlar. Qrup mərhələsindəki hər qələbə qarşılığında 570 min avro, heç-heçəyə görə 190 min avro veriləcək. Heç-heçələrdən qalan əlavə məbləğ isə qrup mərhələsinin iştirakçıları arasında qələbə sayına uyğun bölünəcək. Pley-offa çıxanlar 500 min avro, 1/8 final iştirakçıları 1,1 milyon avro, 1/4 finalçılar 1,5 milyon avro, yarımfinalçılar 2,4 milyon avro, finalçılar 4,5 milyon avro, qalib 4 milyon avro qazanacaq.

Superkubok iştirakçıları hərəyə 3,5 milyon avro, qalib isə əlavə 1 milyon avro əldə edəcək. (report.az)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

Facebookdan bizi izləməyi unutmayın.
X