Xəbər verdiyimiz kimi, Avropa Liqasının pley-off mərhələsinin "Linfild" - "Qarabağ" oyunu isveçrəli hakim Sandro Şörerə tapşırılıb.
Fanat.Az xəbər verir ki, FIFA referisinin "Qarabağ"la yolları iki dəfə kəsişib. O, ilk dəfə 2014/15 mövsümündə Çempionlar Liqasının təsnifat mərhələsində Azərbaycan çempionunun Malta təmsilçisi "Valletta" ilə səfər oyununda dördüncü hakim olub. Həmin görşüdə "Qarabağ" 1:0 hesablı qələbə qazanıb.
Sandro Şörer ötən mövsüm Avropa Liqasının qrup mərhələsinin "Vorskla" (Ukrayna) - "Qarabağ" görüşündə ədaləti qoruyub. 2018-ci ilin 9 noyabrında Poltavada baş tutan görüşdə "Qarabağ" isveçrəli referinin təyin etdiyi penalti ilə 1:0 hesablı qələbə qazanıb. 11 metrlik cərimə zərbəsini Araz Abdullayev dəqiq yerinə yetirib. Sandro Şörer "Qarabağ"dan Maksim Medvedev və Donald Geryeni, rəqib komandadan isə 4 futbolçunu sarı vərəqə ilə cəzalandırıb.
Fanat.Az