AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 800 manat məbləğində cərimələyib.
Fanat.Az xəbər verir ki, buna Ağdam təmsilçisinin bəzi rəsmilərinin I turda "Keşlə" ilə matçda "A” buraxılışından istifadə etməməsidi.
"Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatan görüşdə baş məşqçi Qurban Qurbanovla yanaşı, klubun digər üzvləri A buraxılış vəsiqəsindən istifadə etməyib.
Komitə həmin qarşılaşmanın 74-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandandan qovulan "Keşlə"nin oyunçusu Emin Mehtiyevə 1 oyunluq cəza verib, klub isə 200 manat məbləğində cərimələnib.
"Qəbələ” ilə oyunda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan "Sumqayıt” 800 manat cərimə olunub. Oyunun 84-cü dəqiqəsində "Qəbələ”nin Asif Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, kluba 200 manat cərimə kəsilib.
Görüş başa çatdıqdan sonra "Qəbələ”nin azarkeşi tunelə daxil olaraq hakimlər briqadasını təhqir etdiyi üçün meydan sahibi klub 4000 manat cərimələnib. Oyun "Sumqayıt”ın ucbatından 9 dəqiqə gec başladığı üçün klub 800 manat cərimə olunub.
"Neftçi” – "Sabah” matçında isə qonaqlar 4 futbolçusu sarı vərəqə aldığı üçün 800 manat ziyana düşüb.
Fanat.Az