Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə keçirilmiş daha 3 cavab oyunundan sonra qrup mərhələsinə bütün vəsiqələrin sahibləri müəyyənləşib.
"Qarabağ"ı III raundda mübarizədən kənarlaşdıran APOEL səfərdə Hollandiya çempionu "Ayaks"a uduzub - 0:2. İlk görüş qolsuz yekunlaşdığı üçün "Ayaks" ÇL-in, APOEL isə Avropa Liqasının qrupuna yüksəlib.
"Brügge” evdə LASK-a, "Slaviya" isə ÇFR-ə qalib gələrək, ÇL-in qrupuna çıxıb. LASK və ÇFR isə mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.
Qeyd edək ki, bir gün əvvəl "Olimpiakos" (Yunanıstan), "Srvena Zvezda” (Serbiya) və "Dinamo" (Zaqreb, Xorvatiya) qrupa vəsiqə qazanıb.
Çempionlar Liqası
Pley-off mərhələsi
Cavab oyunları
28 avqust
Brügge (Belçika) - LASK (Avstriya) 2:1
Qollar: Hans Vanaken, 70. Emmanuel Bonaventure, 89 - Klauss, 74 (penalti).
İlk oyun - 1:0.
Slaviya (Çexiya) - ÇFR (Rumıniya) 1:0
Qol: Yan Boril, 66.
İlk oyun - 1:0.
Ayaks (Hollandiya) - APOEL (Cənubi Kipr) 2:0
Qollar: Edson Alvares, 43. Duşan Tadiç, 80.
İlk oyun - 0:0.
Fanat.Az