FIFA "Ferents Puşkaş" mükafatına son üç namizədi açıqlayıb.
Fanat.Az xəbər verir ki, siyahıda "Barselona"nın kapitanı Lionel Messinin "Betis"ə, "River Pleyt"on futbolçusu Xuan Kinteronun "Rasinq"ə və "Debretsen"in oyunçusu Daniel Jorinin "Ferentsvaroş"a vurduğu qollar yer alıb.
Qeyd edək ki, qalibi FIFA əfsanələrinin münsiflər heyəti müəyyən edəcək. Mərasim sentyabrın 23-də Milanda olacaq.
Fanat.Az