"Arsenal”ın futbolçusu Henrix Mxitaryanın yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, erməni yarımmüdafiəçi "Roma”ya keçib. Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. İtaliyaya gedən Mxitaryan, "Roma” ilə rəsmi müqavilə imzalayacaq. Ermənistan millisinin üzvü yeni klubunda icarə əsasında çıxış edəcək.
Xatırladaq ki, Mxitaryan 2018-ci ilin yanvarında "Mançester Yunayted"dən "Arsenal”a 34 milyon avroya transfer olunub.
Fanat.Az