"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan APOEL-də məşqçi təyinatı gerçəkləşib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Cənubi Kipr təmsilçisinin sabiq futbolçusu Nunu Moraiş Tomas Dollun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq. Onunla 2021-ci ilin mayınadək müqavilə imzalanıb.
Qeyd edək ki, Nunu Moraiş futbolçu karyerası ərzində Portuqaliyanın "Maritimu" və İngiltərənin "Çelsi" klublarında da çıxış edib. O, 2007-2019-cu illərdə APOEL-də forma geyinib.
"Qarabağ" qrup mərhələsində APOEL-lə ilk matçını oktyabrın 24-də evdə, növbəti görüşü isə noyabrın 7-də Nikosiyada keçirəcək.
Fanat.Az