Rusiyanın "Dinamo" klubun idman direktoru Roman Oreşuk Ramil Şeydayevlə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, Moskva təmsilçisinin rəsmisi 23 yaşlı futbolçuya inandıqlarını bildirib: "Ramil Şeydayevin potensialının aşağı olduğunu düşünmürəm. Ona yalnız qol hesabını açmaq lazımdı. Ramil bunu bacaracaq. Onun buna görə necə narahat olduğunu görə bilirəm. Biz Ramilə güvənirik, o, "Dinamo" üçün qollar vuracaq. Sadəcə, bunun məqamı var. Təlaş keçirmək yox, nəfəs almaq və düşünmək lazımdı. Hazırkı düşüncəsindən qurtulmalı və rahatlamalıdı. İstədiyi hədəf özü gələcək".
Oreşuk "Ufa"dan icarəyə götürülən Silvestr İqbunanın əsas hücumçuları olacağını söyləyib: "Hücumçu transferlərinin yubanmasının səbəbi ilk hədəfin İngiltərədə oynayan futbolçular olması idi. Ancaq ordakı oyunçuları gətirmə bilmədik və alternativ variantlara keçdik. Bir nəfəri icarəyə götürməyi düşünürdük və sonda üstünlüyü Silvestr İqbuna verdik. Onun bu mövqedəki boşluğu dolduracağına inanırıq".
Qeyd edək ki, Şeydayev Rusiya Premyer Liqasında oynadığı ilk 6 turda qol vura bilməyib. O, son iki matçda ehtiyatda qalıb.
Fanat.Az