Türkiyə Super Liqasında IV turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, ötən gün "Beşiktaş” "Qazişəhər”in qonağı olub. Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
"Qazişəhər"in qollarına Güray Vural, Raman Çibsah və Patrik Tvumasi, "Beşiktaş"ın qollarına Umut Nayir və Atiba imza atıb.
Meydan sahiblərindən Olarenvayu Kayode, qonaqlardan isə Domaqoy Vida və Məhəmməd Elneni meydandan qovulub.
Qeyd edək ki, "Qazişəhər" 4 turdan sonra 7 xalla 6-cı, "Beşiktaş" 4 xalla 11-ci pillədə qərarşalıb.
Fanat.Az