"Barselona"nın futbolçusu Samuel Umtitinin oğruların qurbanına çevirilib.
Fanat.Az xəbər verir ki, fransalı futbolçunun evi evi qarət olunub. Hadisə 26 yaşlı müdafiəçinin La Liqanın IV turunda "Valensiya" ilə oyunu zamanı baş verib.
Hadisədən ilk olaraq qonşular xəbər tutub. Onlar vvin qapısının açıq olduğunu görərək polisə zəng ediblər. Hadisə yerinə gələn polis boş seyf aşkarlayıblar. Şahidlərin bildirib ki, ev ən azı 4 nəfər tərəfindən qarət olunub. Futbolçuya dəyən ziyanın məbləği açıqlanmır.
Fanat.Az