18:56 21.09.2019 2534

Раз в год и палка стреляет

Yazının başlığını təsadüfən seçməmişəm. Stajlı, sovetlər dönəmindənqalma futbol azarkeşinin – qonşumuz Səməd kişinin yığmamız haqda tez-tez söylədiyi el məsəlidi. Təbii, bizim elimizə qonşu eldən gəlmiş uğurlu yanaşmadı.


Hə, həm də ona görə bu başlığı qoydum ki, futbolumuzun başına daş kimi salınmış "ütülü oğlanlar”ın çoxunun ana dilindədi. Belə daha uyğun, daha anlaşılandı.


AFFA bayrağı altında yerində sayan yığma komandalarımızın "ildə bir dəfə atəş açan çubuq”dan nə fərqi var ki... Futbolsevərləri epizodik ümid cücərtiləri ilə qıcıqlandıran seçmələrin builki durumunu anlayanlar başlığın yerinə düşdüyü ilə razılaşar.


Slovakiyalı həmyaşıdlarını 2:1 hesablı yenilgiyə uğradan U-21-in ardından Gürcüstandan 3 cavabsız qol "yeməsi”, cari tsikldə keçirdiyi matçların hərəsində 1 top vurub "suxoy”dan çıxan əsas millinin Xorvatiya ilə öz meydanında 1:1 hesablı bərabərliyə razılaşması sözügedən "palka” imicinin dəyişməməsi, əksinə, möhkəmlənməsi anlamındadı. Baş katib Elxan Məmmədovun vəzirliyi dönəmində təmsilçilərimizin sabitliyin yolunu tapacağına isə inam yoxdu və olmamalıdı.


Əslində xorvatı əsasa, serbi gənclərdən qurulmuş seçməyə calayanlar özləri də vəziyyətdən çıxış yolunu bilmirlər. Səriştəsiz futbol başbilənləri tutduqları vəzifələrdə mümkün qədər çox qalmaq, çox qazanmaq naminə hər varianta əl atır, çoxdan düyün düşmüş kələfin ucunu gizləməyə çalışırlar.


Məsələn, Xorvatiya ilə heç-heçə 13 oktyabr tarixinə - Macarıstanla səfər qarşılaşmasına qədər "kreslo”ların bütün təhlükələrdən uzaq qalacağını söyləməyə bəs edir. Üstəlik, millimiz baş məşqçi Yurçeviçin həmyerliləri ilə oyunda qapıçı Emil Balayevin sayəsində bir qədər inkişaf etmiş, müəyyən problemləri aradan qaldırılmış kollektivə bənzəyib. Eyni zamanda bu idman növünə könül verənlərin böyük əksəriyyətinin başı sabit, peşəkar "Qarabağ”ın yeni Avroliqa macərasına qarışdığından, belə desək, nisbi sakitlik yaranıb. 16 noyabrda baş tutacaq Azərbaycan – Uels oyununadək tribunalardakı etirazların mötəbər adamlara çatmaq ehtimalı da yoxdu. Bir sözlə, hər şey Azərbaycansayağı şəkildə qaydasındadı. Olduğu yox, göstərildiyi kimi...


Hərçənd ciddi müqayisələr aparsaq, yaxın və nisbətən uzaq keçmişdə də Slovakiyanı evdə udmuş, xorvatlarla bərabərə qalmış, Türkiyəni tək qolla "oxlamış”, Rusiyaya əzələ nümayiş etdirmiş, Uelslə qolsuz "sülh”ə sevinmiş A milli heç yarım addım da irəliləməyib. Digərlərini demirəm, U-21 də köhnə bazara təzə nırx qoymayıb.


Qısası, axara düşüb axmayın, son heç-heçəyə baxmayın, sadəcə gülümsəyin... Arada işğalçı şimallıların el məsəlini təkrarlayın: RAZ V QOD İ PALKA STRELYAYET...

 

 

NİHAT Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
15:40

İspaniya millisinin üzvü "Arsenal"da -RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X