İtaliya A Seriyasında IV turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, ötən gün Milan derbisi baş tutub. Şəhərin eyniadlı təmsilçisi "İnter"i qəbul edib və 0:2 hesabı ilə uduzub. Qollara Marselo Brozoviç və Romelu Lukaku imza atıb.
"İnter" 4 turdan sonra 12 xalla turnir cədvəlinə başçılıq edir, "Milan" isə 6 xalla 9-cu pillədədi.
"Yuventus" isə "Verona"nı qəbul edib. 3 qolun vurulduğu matçda Turin klubu 2:1 hesabı ilə qalib gəlib.
Meylan sahiblərinin qollarına Aaron Remzi və Kriştiano Ronaldo (penalti) imza atıb. "Verona"nın qoluna isə Migel Veloso imza atıb.
"Yuventus" 4 turdan sonra 10 xalla 2-ci, "Verona" 4 xalla 12-ci pillədə qərarlaşıb.
Fanat.Az