FIFA "The Best" mükafatının qaliblərini elan edib.
Fanat.Az xəbər verir ki, İtaliyanın Milan şəhərində keçirilən mərasimdə qadın futbolunda ən yaxşılar açıqlanıb.
İlin futbolçusu adına ABŞ millisinin üzvu Meqan Rapinoe (Reyqn) layiq görülüb. O, bu il dünya çemionu olub.
Ən yaxşı qadın məşqçi adını ABŞ millisini dünya çempionatının qalibi edən Cill Ellis qazanıb.
Ən yaxşı qapıçı isə Sari van Veenendaal olub. O, Hollandiya millisi ilə dünya çempionatının finalında oynayıb.
FIFA qadın futbolçulardan ibarət rəmzi komandanı da açıqlayıb:
Qapıçı: Sari van Veenendaal (Atletiko).
Müdafiəçilər: Lusi Bronz (Lion), Nilla Fişçer (Linkopinqs), Kelli Ohara (Utah Royals), Vendi Renard (Lion).
Yarımmüdafiəçilər: Juli Erts (Çikaqo Red Stars), Amandine Anri (Lion), Roz Lavell (Vaşinqton Spirit).
Hücumçular: Marta (Orlando Pride), Aleks Morqan (Orlando Pride), Meqan Rapinoe (Reyqn).
Fanat.Az